Cessi Linqard Azərbaycan millisinin üzvü ilə eyni liqada oynaya bilər
2024-02-02 19:25:58
Hazırda azad agent olan Cessi Linqard karyerasını Cənubi Koreya Liqasında davam etdirə bilər.
İngiltərəli futbolçuya "Seul" klubundan 2 illik müqavilə təklifi var. Bu barədə "BBC Sport" məlumat yayıb. Linqard gələn həftənin birinci günü (5 fevral) Cənubi Koreyaya yollanıb, tibbi müayinədən keçəcək.
Qeyd edək ki, Azərbaycan millisinin üzvü Anton Krivotsyuk Cənubi Koreyanın "Daejeon Hana" klubunda çıxış edir. \\Offsideplus.az