Çevriliş cəhdinin qarşısı alınıb
2023-09-28 09:05:08
Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Burkina-Fasoda bir il əvvəl hakimiyyətə gəlmiş hərbçilər bu həftə ərzində çevriliş cəhdinin qarşısını aldıqlarını bəyan ediblər. Bu barədə məlumatı fransızdilli informasiya vasitələri yayıblar.
Burkina-Fasodakı keçid hökumətinin açıqlamasında deyilir: “Kəşfiyyat xidmətlərinin və təhlükəsizlik qüvvələrinin 26 sentyabr tarixində dövlət çevrilişi cəhdinin qarşısını aldıqlarını ictimaiyyətə bəyan edirik”.
Məlumatda çevrilişçilərin bir qisminin saxlanıldığı, digərlərinin isə axtarışda olduğu bildirilir.
Hürr Tərcüman