Çevrilişçilər Niger prezidentini dövlətə xəyanətdə ittiham edirlər
2023-08-14 13:41:00
Hurriyyet.az “Döyçe Velle” nəşrinə istinadla xəbər verir ki, iyulun axırında Nigerdə dövlət çevrilişi etmiş hərbi şura devrilmiş Prezidenti Məhəmməd Bazumu dövlətə xəyanətdə ittihamla mühakimə etməyə hazırlaşır. Bu barədə açıqlamanı Vətəni Müdafiə Milli Şurasının təmsilçisi baş polkovnik Amadu Əbdürrəhman Niger milli televiziyasının efirində verib. Onun sözlərinə görə, çevrilişçilər Bazumun Niger dövlətçiliyinə xəyanət etdiyi barəsində yetərincə dəlil toplayıblar.
Ədürrəhman Qərbi Afrika ölkələrinin İqtisadi Birliyinin (EKOVAS) Nigerə qarşı sanksiyalarını “qanunsuz, insaniyyətdən kənar və alçaldıcı” adlandırıb.
Hürr Tərcüman