Çexiya könüllülərə Ukrayna uğrunda döyüşməyə icazə verdi
2022-03-04 11:05:00
Ukraynada Rusiyaya qarşı döyüşmək istəyən Çexiya vətəndaşlarına icazə verilib.
Bunu Çexiyanın Baş naziri Petr Fiala deyib.
“Cənab prezidentlə (Miloş Zeman – red.) görüşdə razılaşdıq ki, Ukraynaya gedib könüllü döyüşmək istəyən insanların cəza almayacaqlarına zəmanət veririk”, - nazir bildirib.
Çexiya hökuməti Ukraynaya 17 milyon kron (təxminən 22 milyon qrivna) məbləğində hərbi texnikanın verilməsini də təsdiqləyib.
Son məlumata görə, Çexiyadan 400-ə yaxın könüllü Ukraynada döyüşmək istəyir.