Çexiya Prezidenti qəza keçirdi, xəstəxanaya aparıldı
Hurriyyet.az xəbər verir ki, Çexiyanın 62 yaşlı prezidenti Petr Pavel qəza keçirib və Praqa xəstəxanalarından birinə yerləşdirilib.
Çexiya prezidentinin ofisi onun xəsarətlərinin ciddi olmadığını qeyd edib.
Prezidentin təmsilçiai Vit Kolar jurnalistlərə bildirib ki, Pavel bir neçə gün xəstəxanada qalacaq və bu, onun iş qrafikinə ciddi təsir etməyəcək. Çexiya prezidentinin gələn həftə xaricə səfəri planlaşdırılır.
Çexiya mətbuatının məlumatına görə, Petr Pavel qapalı yarış yolunda xəsarət aldığı üçün polis qəzanı araşdırmır. Çexiya prezidenti həvəskar motosikletçi kimi tanınır. "Bild" nəşri onun hazırda BMW R1200 GS sürdüyünü yazıb.
Pavel vəzifəyə gəldikdən qısa müddət sonra - 2023-cü ilin martında motosiklet sürərək Almaniyaya getmişdi.
Hürr Tərcüman