Çexiya Ukraynaya əlavə hərbi yardım göstərəcək – HÖKUMƏTDƏN AÇIQLAMA
2022-03-14 11:00:00
Çexiya Ukraynaya 31,5 milyon dollar məbləğində əlavə hərbi yardım göstərəcək.
Segodnya.ua xəbər verir ki, bu barədə Çexiya hökumətinin mətbuat katibi Vatslav Smolka məlumat verib.
Bundan əvvəl Çexiya Nazirlər Kabineti Ukraynaya 188 milyon kron (təxminən 8,7 milyon dollar) dəyərində silah tədarük etmək qərarına gəlib.