Çexiyada təyyarə qəzaya uğrayıb, ölən var
2023-06-24 23:39:00
Çexiyanın şərqindəki Havlikuv Brod şəhəri yaxınlığında təyyarə qəzaya uğrayıb, pilot həlak olub.
Bu barədə jurnalistlərə yerli polis bildirib.
"Təyyarə yerə çırpılan zaman yanıb. İçində yalnız pilot olub", - məlumatda deyilir.
Qəzanın başvermə şəraiti ilə bağlı araşdırma polis və Çexiya Mülki Aviasiya Administrasiyasının ekspertləri tərəfindən aparılır. \\Report