Ceyhun Bayramov ABŞ-a getdi
2024-07-09 09:06:50
İyulun 9-da xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.
XİN-dən verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçirilən NATO Zirvəsində iştirakı, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.