Ceyhun Bayramov ATƏT-in baş katibi ilə görüşdü
2024-03-02 11:11:19
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində ATƏT-in Baş katibi Helqa Maria Şmid ilə görüşüb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin X hesabında qeyd edilib.
"Tərəflər ATƏT-in gündəliyinə aid məsələləri və Azərbaycanın təşkilat çərçivəsində prioritetlərini müzakirə ediblər", - paylaşımda bildirilib.