📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ceyhun Bayramov Blinkenin köməkçisi ilə danışdı

2023-06-10 12:30:00

Ceyhun Bayramov Blinkenin köməkçisi ilə danışdı

İyunun 9-da xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqan telefon danışığı aparıb.

Hurriyyet.az xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq gündəliyi, eləcə də Azərbaycanla Ermənistan arasında normallaşma prosesindən irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Azərbaycan və Ermənistan arasında son bir ay ərzində aparılan danışıqlar və gündəmdə duran açıq məsələlərin həlli perspektivləri barədə ölkəmizin mövqeyi diqqətə çatdırılıb.