Ceyhun Bayramov Daşkənddə Zəngəzur dəhlizindən danışdı
2023-01-24 13:58:00
Zəngəzur dəhlizi bütün bölgə ölkələri arasında əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıyacaq.
Hurriyyet.az xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclasında çıxışı zamanı xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Nazir, həmçinin Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonundan Naxçıvan Muxtar Respublikasına nəqliyyat dəhlizinin yaradılması istiqamətində görülən tədbirlərin vacibliyini vurğulayıb. (yenisabah)