📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ceyhun Bayramov Ermənistana XƏBƏRDARLIQ ETDİ

2022-11-24 18:00:00

Ceyhun Bayramov Ermənistana XƏBƏRDARLIQ ETDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Laçın dəhlizi ilə bağlı Ermənistana xəbərdarlıq edib

Hurriyyet.az-ın xəbərinə görə, o, jurnalistlərə açıqlamasında Ermənistanın Laçın dəhlizindən razılaşmalara zidd formada istifadə etdiyini bildirib.

Nazir deyib ki, üçtərəfli bəyanata əsasən dəhlizin prinsipləri və istiqamətləri var: “Ancaq dəhliz buna zidd olaraq istifadə edilir. Buna son qoyulmalıdır. Azərbaycan tərəfi bütün lazımi addımları atacaq. Bununla bağlı həm beynəlxalq müstəvidə, həm də digər tərəfdaşlarla danışıqlarımız davam edəcək”.

sfera.az