📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ceyhun Bayramov: “Ermənistanla aramızda fikir müxtəlifliyi var” – VİDEO

2022-11-08 10:40:00

Ceyhun Bayramov: “Ermənistanla aramızda fikir müxtəlifliyi var” – VİDEO

Xəbər verdiyimiz kimi, noyabrın 7-də Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib. Nazirlərin ABŞ dövlət katibi Entoni Blinken ilə birgə görüşü də baş tutub. “Xəzər” televiziyası həmin görüş barədə nazirdən eksklüziv açıqlama alıb.

Hurriyyet.az xəbər verir ki, Ceyhun Bayramov Ermənistanla Azərbaycan arasında fikir müxtəlifliyinin olduğunu bildirib.

Onun sözlərinə görə, yanaşmalarda da fərqlilik mövcuddur:

“Ancaq bu proses və danışıqlar davam edəcək. Düşünürəm ki, müəyyən dövrdən sonra Azərbaycan növbəti versiyanı hazırlayıb qarşı tərəfə təqdim edəcək”.