📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

2026-09-23 23:17:59

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində  fransalı həmkarı Jan-Noel Barro ilə görüşüb.

Hurriyyet.media  xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, nazirlər ikitərəfli gündəliyi nəzərdən keçirib, Azərbaycan-Aİ münasibətlərini müzakirə edib və əsas regional və beynəlxalq məsələlər, o cümlədən regional təhlükəsizlik vəziyyəti və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.