📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ceyhun Bayramov İƏT-in növbədənkənar iclası üçün Səudiyyə Ərəbistanına yola düşüb

2023-10-18 09:41:36

Ceyhun Bayramov İƏT-in növbədənkənar iclası üçün Səudiyyə Ərəbistanına yola düşüb

Oktyabrın 18-də xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərinə yola düşüb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələr ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçiriləcək növbədənkənar iclasında iştirak edəcək.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur./report /