Ceyhun Bayramov İsraildəki səfirliyimizin açılışına getdi
2023-03-28 17:53:00
Martın 28-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində, 29-30 mart tarixlərində nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycanın İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.