📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə görüşdü - Fotolar

2023-02-03 16:00:00

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə görüşdü - Fotolar

Fevralın 3-də xarici işlər naziri Ceyhun Bayramov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində görüşdə iştirak məqsədilə ölkəmizə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Azərbaycan XİN-dən bildirilib ki, görüşdə Azərbaycan və Macarıstan arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən cari regional vəziyyət müzakirə edilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. (qafqazinfo)