📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ceyhun Bayramov Türkiyəyə başsağlığı verdi

2022-11-13 22:56:00

Ceyhun Bayramov Türkiyəyə başsağlığı verdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda baş verən partlayışda ölənlərlə bağlı Türkiyəyə başsağlığı verib.

Hurriyyet.Az xəbər verir ki, Ceyhun Bayramov bununla bağlı tviter hesabında yazıb.

“İstanbul şəhərində İstiklal prospektində partlayış xəbəri bizi dərindən kədərləndirdi. Bu terror nəticəsində hayatlarını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyəyə başsağlığı bildirir, yaralılara şəfa diləyirik.

Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!”, - xarici siyasət idarəsinin rəhbəri sosial şəbəkə hesabında yazıb.