📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ceyhun Bayramov və Sibiqa Kiyevdə danışıqlar aparırlar

2026-08-06 18:11:59

Ceyhun Bayramov və Sibiqa Kiyevdə danışıqlar aparırlar

Kiyevdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın danışıqları başlayıb.

Hurriyyet.Media Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, danışıqlar təkbətək formatda keçirilir.

Xatırladaq ki, Azərbaycan XİN başçısı bu gün Ukraynaya rəsmi səfər edib. Səfər çərçivəsində yüksəkvəzifəli rəsmi şəxslərlə ikitərəfli görüşlər planlaşdırılıb.