📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ceyhun Bayramovdan Dar ilə bağlı paylaşım: Səni Laçında görmək… – FOTO

2025-05-28 23:29:50

Ceyhun Bayramovdan Dar ilə bağlı paylaşım: Səni Laçında görmək… – FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı İshaq Darla görüşü barədə paylaşım edib.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Ceyhun Bayramov sosial şəbəkədə hesabında paylaşım edib.

“Əziz qardaşım İshaq Dar, səni Laçında görməkdən, həqiqətən də, məmnun oldum.

Azərbaycan, Türkiyə və Pakistan arasında tarixi Üçtərəfli Zirvə çərçivəsində 28 May — Müstəqillik Günümüz münasibətilə keçirilmiş tədbirlərdə iştirak etdiyiniz və bizə qoşulduğunuz üçün səmimi təşəkkürümü bildirirəm.

Yaşasın qardaşlığımız, dostluğumuz və birliyimiz!”, – C.Bayramov qeyd edib.