📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ceyhun Bayramovun Mirzoyana Yeni il ARZUSU

2023-12-28 20:31:09

Ceyhun Bayramovun Mirzoyana Yeni il ARZUSU

Xəbər verdiyimiz kimi, bu gün xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransı keçirib.

Konfransın sonunda jurnalistlərdən biri Ceyhun Bayramovdan erməni həmkarı Ararat Mirzoyana Yeni illə bağlı arzuları barədə sual verib 

“Ermənistan XİN rəhbəri Ararat Mirzoyana 2024-cü ildə qonşu ölkələrlə mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsi üçün bütün potensialından istifadə etməsini və səylərini əsirgəməməsini arzu edirəm”, - nazir deyib.\\Modern.az