📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ceyms O’Brayn: ABŞ Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması üzrə müzakirələrin davam etdirilməsini dəstəkləyir

2023-12-06 00:01:43

Ceyms O’Brayn: ABŞ Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması üzrə müzakirələrin davam etdirilməsini dəstəkləyir

Transxəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişafı, həmçinin Ermənistan ilə Azərbaycan arasında kommunikasiyaların açılması üzrə müzakirələrin davam etdirilməsi ABŞ tərəfindən dəstəklənir.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə dekabrın 6-da keçirilən görüşdə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn deyib.

O, ABŞ-Azərbaycan münasibətlərində gələcəyə baxışın vacibliyini bildirdi.

Görüşdə ikitərəfli münasibətlərin irəli aparılması üçün qarşılıqlı səfərlərin bərpa edilməsi müsbət addım kimi dəyərləndirildi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında da fikir mübadiləsi aparıldı. \\Pravda.az