Ceyranbatanda ev yandı - Xəsarət alan var
2021-12-24 10:03:00
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində ümumi sahəsi 70 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 25 m² sahədə yanıb.
Hurriyyet.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.