CHP Kılıcdaroğlunun yerinə namizəd axtarışında - 3 NƏFƏRİN ADI HALLANIR
2023-01-10 12:07:00
Qarşıdan gələn seçkilərdə Türkiyə prezidenti postuna iddiasını ortaya qoyan namizədlərdən biri Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlunun yerinə partiya sədri postuna namizəd axtarılır. Hurriyyet.az xəbər verir ki, hazırda CHP sədri postuna 3 şəxsin namizədliyi ciddi şəkildə müzakirə olunur.
Belə ki, Kılıcdaroğlu "6-lı masa"nın namizədi olarsa və seçkilərdə qələbə qazanarsa, o zaman CHP sədri postundan uzaqlaşmalı və partiyaya yeni rəhbər seçilməlidir. Bu üçün isə CHP qurultaya getməlidir.
Verilən məlumatlara görə, Kılıcdaroğlunun yerinə real namizəd kimi 3 nəfərin - CHP sədrinin köməkçisi Oğuz Kaan Salıcı, CHP Qrup başkanvəkili Özgür Özel və CHP sözçüsü Faiq Öztrakın adı hallanır.
Hurriyyet.az