📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

CHP-nin rayon təşkilatının keçmiş sədri deputatı bıçaqladı

2026-08-19 10:16:14

CHP-nin rayon təşkilatının keçmiş sədri deputatı bıçaqladı

Türkiyənin "Yeni Partiyası"nın (YENİ Parti) üzvü, Qaziantepdən seçilən deputat Melih Meriç bıçaqlı hücuma məruz qalaraq yaralanıb.

Bu barədə "TRT Haber"  xəbər veriB.

Məlumata görə, hadisə Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) Oğuzeli rayon təşkilatının keçmiş sədri Seydi Ahmet Keleş tərəfindən törədilib.

Hücum nəticəsində xəsarət alan M. Meriç xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Hazırda S. Keleşin axtarışı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanılıb.