📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Cibində nadir quşları təyyarədə keçirmək istədi - Saxlanıldı

2026-10-09 21:36:45

Cibində nadir quşları təyyarədə keçirmək istədi - Saxlanıldı

Kubalı bir kişi şalvarında 10 canlı quş gizlədərək ABŞ-yə uçub və hava limanı əməkdaşları tərəfindən saxlanılıb.

Hurriyyet.net xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb.

Hadisə Florida hava limanında baş verib. Gömrük əməkdaşları sərnişini “yaşıl dəhliz”dən keçərkən saxlayıblar. Onlar kişinin şalvarında qeyri-adi bir qabarıqlıq görüb və ondan soyunmasını tələb ediblər.

Məlum olub ki, həmin şəxs alt paltarına altı ədəd plastik boru bərkidib və onların içərisində nadir quşları saxlayıb.

O, həbs edilib və ona qaçaqmalçılıq ittihamı irəli sürülüb.