📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ciddə konfransı Moskvanın regionda artan nüfuzunun qarşısını alacaq" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2023-08-08 15:07:00

"Bu konfransda Ukraynaya siyasi dəstəyin verilməsi və prosesdə Çinin olması Rusiya üçün gözlənilməz oldu"

"Səudiyyə Ərəbistanın Ciddə şəhərində Ukrayna müharibəsi üzrə sülh konfransı Qərbin və Çinin eyni platformada çıxış etməsi ilə yadda qaldı. Məhz Ciddədə baş tutan Ukrayna sülh konfransında irəli sürülən sülh təklifinin bütün dövrlətlər tərəfindən qəbul edilməsi, Rusiyaya qarşı Çin daxil olmaqla siyasi koalisiyanın formalaşmasıdır". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Milli Cəbhə Partiyasının sədr müavininin sözlərinə görə, Rusiyanın iştirakı olmadan belə bir konfrans keçirilməsi yeni bir təzyiq formasıdır: "Bu konfransda 40-a yaxın ölkənin iştirak etməsi, Rusiyanın beynəlxalq izolyasiyasıdır. Təbii ki, bu konfransda Ukraynaya siyasi dəstəyin verilməsi və prosesdə Çinin olması Moskva üçün gözlənilməz oldu".

Politoloq onu da əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin son aylarda Yaxın Şərq regionunda güclənməyə çalışır, amma bu konfransın ABŞ-ın dəstəyi ilə Səudiyyə Ərəbistanında keçirilməsi Moskvanın regionda artan nüfuzunun qarşısını alacaq.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az