📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çikovani Zakir Həsənovla təhlükəsizlik məsələlərini müzakirə etdi

2026-03-05 20:00:58

Çikovani Zakir Həsənovla təhlükəsizlik məsələlərini müzakirə etdi

Martın 5-də Gürcüstanın müdafiə naziri İrakli Çikovaninin təşəbbüsü ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla telefon danışığı olub. 

"Unikal" xəbər verir ki, tərəflər, ölkələrimiz arasında əlaqələr, regiondakı cari vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.