“Cimbomlular” təxribat törədən fransız jurnalisti üzr istəməyə məcbur etdilər – FOTO
2021-11-25 22:52:00
Fransız jurnalist Romen Canuti UEFA Avroliqasının “Marsel”-“Qalatasaray” matçı öncəsi Türkiyə klubunun rəmzi olan aslan heykəlinin üzərində çəkilmiş şəklini paylaşaraq “Aslanı əhilləşdirdim” yazıb.
Onun bu paylaşımı sarı-qırmızılı klubun tərəfdarları arasında ciddi narazılığa səbəb olub. Azarkeşlər jurnalistin hərəkətini təxribat kimi qiymətləndiriblər.
Bunu görən Canuti paylaşımını silərək “Cim-Bom”un tərəfdarlarından üzr istəyib. \\Oxu.az

ВИДЕО