📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çin ABŞ hərbi sənayesinə qarşı sanksiyalar qəbul etdi: “Suverenliyimizə və təhlükəsizliyimizə zərbə vurulub”

2024-01-07 12:52:22

Çin ABŞ hərbi sənayesinə qarşı sanksiyalar qəbul etdi: “Suverenliyimizə və təhlükəsizliyimizə zərbə vurulub”

Hurriyyet.az xəbər verir ki, Çin ABŞ-ın hərbi-sənaye kompleksinə daxil olan 5 şirkətə qarşı sanksiyalar tətbiq eləməyi qərara alıb. Bu barədə açıqlamanı Çin XİN verib.

Nazirliyin açıqlamasında bu addımın atılmasının səbəbinin Amerikanın Tayvan adasına silah tədarük etməsi olduğu bildirilir.

Açıqlamada deyilir: “ABŞ “vahid Çin” prinspirini və ABŞ ilə Çinin birlikdə qəbul elədikləri üç rəsmi sənədin müddəalarını kobud şəkildə pozaraq Tayvana silah satıb və Çin müəssisələri ilə iziki şəxslərinə qarşı qanunsuz birtərəfli sanksiyalar tətbiq edib. Bu davranış Çinin suverenliyinə və təhlükəsizlik maraqlarına ciddi zərbə vurur, Tayvan  boğazında sülhü və sabitliyi ciddi şəkildə laxladır, həmçinin, Çin müəssisələrinin və fiziki şəxslərin qanuni hüquqlarına və maraqlarına ziddi zərbə vurur...

ABŞ-ın yuxarıda sadalanan ciddi pozuntularına cavab və Çinin xarici sanskiyalara qarşılıq barəsində Qanununa müvafiq olaraq, Çin dövləti ABŞ-ın 5 hərbi-sənaye müəssisəsinə qarşı sanksiyalar tətbiq eləməyi qərara alıb. Həmin hərbi müəssisələr bunlardır: BAE Systems Land and Armament, Alliant Techsystems Operation, AeroVironment, ViaSat, Data Link Solutions ”.

Hürr Tərcüman