Çin ABŞ-ı “Suriyanı qarət eləməkdə” ittiham etdi
Hurriyyet.az xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Van Venbin ABŞ hərbçilərinin Suriyadan taxıl və neft apardıqlarını, “ABŞ-ın Suriyanı açıq-aşkar talan eləməsindən dəhşətə gəldiklərini” söyləyib.
Van Pekində keçirilən mətbuat konfransında ABŞ ordusunun 14 yanvar tarixində Suriyanın Haseke vilayətindən neft yüklü 53 tankeri İraqdakı bazalarına göndərdiyi iddiası ilə bağlı çıxış edib.
Van, Əsəd hökumətinin rəsmi məlumatına görə, 2022-ci ilin irinci yarısında Suriyada çıxarılmış neftin 80%-nin ABŞ işğal qüvvələri tərəfindən xaricə qaçırıldığını göstərdiyini bildirərək deyib: “Bu quldurluq Suriyadakı eneji böhranını və humanitar böhranı dərinləşdirir. Suriya xalqının yaşamaq hüququ ABŞ tərəfindən tapdalanır. Suriya xalqı az miqdarda neft və ərzaqla qışı keçirməyə çalışacaq”.
Van ABŞ qüvvələrinin bu ayın əvvəlində də Suriyadan 60 tanker və yük maşını dolu neft və taxıl qaçırdığını deyərək əlavə edib: “Söhbət hərbi yardımdan gedən zaman milyardlarla, hətta on milyardlarla dollar təmin eləmək “səxavətini” göstərən ABŞ-ın Suriyanın sərvətlərini oğurlayan zaman çox acgözləşir”.
Çin XİN-in mətbuat katibi Vaşinqton hökumətini beynəlxalq hüquqa uymağa və neft oğurluğunun hesabını verməyə çağırıb. O deyib: “ABŞ bir şey verəndə də, alanda da ölkələri xaosa və fəalkətə sürükləyir. Sonra da öz hegemonluğu və mənfəəti üçün bunun meyvələrini toplayır. ABŞ-ın “qaydalara əsaslanın nizam” adlandırdığı budur”.
Hürr Tərcüman