📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çin ABŞ-ın geniş miqyaslı qarşıdurma ilə hədələdi

2022-03-07 11:37:00

Çin ABŞ-ın geniş miqyaslı qarşıdurma ilə hədələdi

ABŞ-ın Hind-Sakit Okean Strategiyasının əsl məqsədi NATO-nun Hind-Sakit okean variantını yaratmağa çalışmaqdır. RİA Novosti xəbər verir ki, bu barədə Çinin XİN naziri Van Yi Pekində keçirilən illik mətbuat konfransında bildirib.
Çin XİN rəhbəri Vaşinqtonun bu strategiyasının dünyada hegemonluğunu qoruyub saxlamağa hesablanmış olduğu barədə fikir bildirib. Diplomat vurğulayıb ki, bu xətt Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) çərçivəsində əməkdaşlığa əsaslanan regional əməkdaşlıq strukturuna zərbə vuracaq.
Fevralın sonlarında Van Yi bəzi ABŞ rəsmilərinin Çin ilə uzunmüddətli, sərt rəqabətin tərəfdarı olduğunu və bunun ehtimal ki, Çin və ABŞ arasında tam bir qarşıdurmaya çevriləcəyini demişdi.
Onun sözlərinə görə, ABŞ prezident Co Baydenin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün konkret addımlar atmalıdır.

Ülviyyə, Hurriyyet.az