Çin ABŞ-ın raketlərini Avropada yerləşdirməsinə etirazını bildirdi
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadən xəbər verir ki, Çin Amerika raketlərinin Avropada yerləşdirilməsinə etirazını bildirib.
Çin XİN Amerikanın orta mənzilli raketlərini Avropa ölkələrində və Asiya-Sakit okean regionu ölkələrində yerləşdirməsinə qarşı çıxış edib.
Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Çin Birləşmiş Ştatların orta mənzilli raketlərini hər hansı bir formada Asiya-Sakit okean zonasında və Avropada yerləşdirilməsinə qarşı qətiyyətlə çıxış edir”. Pekin bildirib ki, Çin tərəfi müdafiə strategiyasına sadiqdir və heç vaxt nüvə silahından birinci olaraq istifadə eləməyəcək.
Çin XİN açıqlamasında deyilir: “Çin heç vaxt nüvə silahını öz ərazilərindən kənarda yerləşdirməyib və heç vaxt başqa ölkələrə “nüvə çətiri” təqdim eləməyib.
Hürr Tərcüman