"Çin Amerikaya gözdağı vermək fikrindədir" - TURAB RZAYEV
"Çinin dəniz qüvvələri ABŞ donanmasının fəaliyyətinin qarşısını ala bilmək üçün uzun müddətdir milli raket proqramlarını inkişaf etdirmək üstündə işləyir"
"Çin Amerikaya gözdağı vermək fikrindədir. Çinin Təkləməkan səhrasında inşa edilən raket test poliqonunda, USS Gerald R. Ford təyyarə daşıyan gəmisinin modelini yerləşdirdiyi ortaya çıxdı. ABŞ-da yerləşən kosmik texnoloji şirkəti Maxar tərəfindən çəkilən kosmik görüntülərə görə, Çin poliqon ilə ABŞ-a mesaj göndərib". Hurriyyet.az-ın məlumatına görə, bu fikirlər siyasi şərhçi Turab Rzayevə məxsusdur.

Siyasi şərhçinin sözlərinə görə, poliqonda Çinin təyyarədaşıyan gəmiləri hədəf almaq üçün inkişaf etdirdiyi Dong Feng 21D raketlərinin sınaqdan keçiriləcəyi düşünülür: "Raketlərə hədəf olaraq ABŞ donanmasına aid olan USS Gerald R.Ford təyyarədaşıyan gəmisinin birəbir eyni ölçülərində modelinin seçilməsi təsadüfə bənzəmir. Bir dəmiryolu xətti üzərində yerləşən poliqonun inşasının sentyabr ayında yekunlaşdırıldığı bildilir. Gəminin hərəkəti effektini almaq üçün dəmiryolu üzərində hərəkət etdiriləcəyi düşünülür".
Turab Rzayev bildirib ki, Çin Xalq Azadlıq Ordusu Dəniz Qüvvələri ABŞ donanmasının Cənubi Çin Dənizindəki fəaliyyətlərinin qarşısını ala bilmək üçün uzun müddətdir milli raket proqramlarını inkişaf etdirmək üstündə işləyir.
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az