"Çin anti-türk, anti-islam siyasəti yeridən ən başlıca dövlətlərdəndir" - ELMAN VƏLİYEV
"Amerika Ukraynadan sonra bəlkə, oxu Tayvana çevirdi, çünki Çini zəiflətmək üçün Tayvan mühüm vasitədir"
"Uyğurlar illərdir Şərqi Türküstanda "squid game" oynayırlar. Bunlar deyirlər, elə-belə filmdir, reallıqdan uzaqdır. Çin "iqtisadi siyasəti" illərdir elə qurdu ki, bir-iki dövlət istisna qalanları bu işğala, assimilyasiyaya dur deməkdə ehtiyat etdilər. Çin dünyanın demək olar ki, hər bir dövlətinə öz mallarını satır, onlara borc verməklə özündən asılı hala salır. Bu bədbəxtlər də üzüqara olduqları üçün ağızlarını açıb "sən niyə o suçsuz, absenteizm yolunu seçən insanlara öz girdirmə fikirlərini yeridirsən?" deyə bilmirlər". Hurriyyet.az xəbər verir ki, bunu DİA (Dövlət İdarəçilik Akademiyası) Politoloqlar klubunun sədri, siyasi ekspert Elman Vəliyev qeyd edib.
Siyasi ekspertin sözlərinə görə, adamlar kiçik yaşlarından uyğur uşaqların beynini yuyaraq öz kimliyini unutdurlar: "Çin anti-türk, anti-islam siyasəti yeridən ən başlıca dövlətlərdəndir. Səbəbini şərh etməyə ehtiyac yoxdur, deyə düşünürəm. Özünüz məndən yaxşı bilirsiniz səbəbini. Bayden bir, iki dəfə bu hadisəyə görə Çini qınadı, ancaq o da təzyiq etməyə bir vasitə kartı gördüyündən etdi. Amerika Ukraynadan sonra bəlkə, oxu Tayvana çevirdi. Çini zəiflətmək üçün Tayvan mühüm vasitədir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az