📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çin Avropanın iqtisadi çöküşünü proqnozlaşdırır

2022-06-03 13:48:00

Çin Avropanın iqtisadi çöküşünü proqnozlaşdırır

Çinin “Global Times” nəşri Qərbin Rusiyaya qarşı apardığı iqtisadi müharibənin iflasa uğradığını yazıb. Çinli ekspertlərin fikrincə, “vahid dünya birliyi” öz etibarsızlığını və kövrəkliyini nümayiş etdirdi, öz sanksiyalarını tətbiq etməkdə sınaqdan çıxmadı.

Qərb real iqtisadi çətinliklərlə üz-üzədir və sanksiyaların altıncı raundu qarşıdan gələn qışda Avropaya xüsusilə ağır zərbə vuracaq, çünki Moskva əleyhinə tədbirlər paketinə Rusiyadan qaz və neft idxalına qadağa daxildir.
Çin Sosial Elmlər Akademiyasının akademiki Lyuy Syan Qərb birliyini Avropa və ABŞ-ın birləşməsinə, Moskvaya təzyiq göstərməsinə kömək etməyəcək "içiboş konsepsiya" adlandırıb. Pekin iddia edir ki, “Qərb birliyinin sabun köpüyü partladı” və Çin Qərb sanksiyalarından yan keçmək üçün Moskvaya maliyyə yardımı etməyi planlaşdırır. ABŞ mətbuatı narahatlıqla yazır ki, Çin prezidenti Si Szinpin hökumətə sanksiyaları pozmadan Rusiyaya kömək yolunu tapmağı tapşırıb.

Ülviyyə, Hurriyyet.az