📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çin də Rusiyaya qarşı sanksiyalara qoşulur -Dörd böyük bank ödənişləri dayandırdı

2024-04-17 14:24:30

Çin də Rusiyaya qarşı sanksiyalara qoşulur -Dörd böyük bank ödənişləri dayandırdı

Çində dörd böyük bank Rusiyadan ödənişləri qəbul etməyi dayandırıb. Bizimxeber.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.

Bu banklar çində ən böyük banklar sayılır -  ICBC, China Citic Bank, Industrial Bank və Bank of Taizhou.

Bank of China da yeni məhdudiyyətlər tətbiq edib. Yəni, əməliyyatların yalnız kiçik bir hissəsi hələ də Rusiyadan bu təşkilata keçir.

Onların ikinci dərəcəli sanksiyalar riski ilə əlaqəli olduğu qeyd edilir. Çinə ödənişlərin demək olar ki, 80%-i geri qaytarılır, lakin mallar üçün ödəniş variantları hələ də qalır.

Son günlər Çinin Rusiya-Ukrayna müharibəsinə olan münasibəti də kəskin dəyişib. Çinli ekspertlər açıq bildirirlər ki, Rusiya bu müharibəni uduzacaq.

bizimxeber.az