📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çin dəmir yolları idarəsi Gürcüstan, Azərbaycan və Qazaxıstanla işbirliyinə can atır

2024-07-23 14:28:40

Çin dəmir yolları idarəsi Gürcüstan, Azərbaycan və Qazaxıstanla işbirliyinə can atır

"Çin Dəmir Yolları" Gürcüstan, Azərbaycan və Qazaxıstanla birgə işləmək istəyir. Belə ki, Çin Xalq Respublikasının dövlət şirkətinin nümayəndə heyəti Gürcüstan Dəmir Yollarının baş direktoru ilə görüşdə Orta Dəhlizlə yüklərin daşınması üçün üç ölkənin müştərək şirkətinə qoşulmaq arzusunu ifadə edib.

Çinlilərin məqsədi Orta Dəhliz boyunca Çindən konteyner daşımalarının effektiv əlaqələndirilməsi, tariflərin şəffaflığı və sabit sistemin yaradılmasıdır.

Ülviyyə, Hurriyyet.az