Çin diplomatı Kiyevə gedir
2023-05-15 14:13:00
Hurriyyet.az xəbər verir ki, “Röyters” agentliyinin mənbələrə istinadla verdiyi məlumata görə, Çinin xüsusi nümayəndəsi Li Huey Rusiya-Ukrayna müharibəsinin “siyasi yolla nizamlanması” üçün 16-17 may tarixlərində Kiyevə səfər edəcək.
Çin XİN-in açıqlamasında görə, Linin səfəri ilə bağlı təfərrüatlar bir müddət sonra açıqlanacaq. Diplomatın Polşa, Fransa və Almaniyada danışıqlar aparacağı gözlənilir.
Hürr Tərcüman