📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çin Əfqanıstanın yeni hökuməti ilə əməkdaşlığa hazır olduğunu bildirib

2021-09-08 14:34:00

Çin Əfqanıstanın yeni hökuməti ilə əməkdaşlığa hazır olduğunu bildirib

Taliblərin Baş nazirinin adı BMT-nin sanksiya siyahısındadır, Daxili İşlər nazirini isə ABŞ FTB axtarır 

Hurriyyet.az xəbər verir ki, Çin XİN-in mətbuat xidməti Çinin Əfqanıstandakı yeni hökumət və onun liderləri ilə əlaqəni davam etdirməyə hazır olduğunu, Əfqanıstanın suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşdığını bəyan edib.

Bəlli olduğu kimi, “Taliban”ın mətbuat nümayəndəsi Zabihullah Mücahid Əfqanıstanda müvəqqəti hökumət qurulduğunu, Baş nazirin köməkçisi vəzifəsinə isə Əbdülqani Bəradərin təyin edildiyini bəyan edib.

Əfqanıstanın yeni Baş naziri Molla Məhəmməd Həsən Axund  BMT-nin sanksiya siyahısındadır.

Daxili İşlər naziri vəzifəsinə təyin edilən Siracəddin Hakkaninin rəhbərlik elədiyi “Hakkani şəbəkəsi” da ABŞ-ın terror siyahısındadır. ABŞ Federal Təhqiqat Bürosu onun barəsində məlumat verənə 5 milyon dollar mükafat vəd edib.