📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çin Əfqanıstanla yeni quru əlaqəsini açıqladı

2023-07-07 11:53:00

Çin Əfqanıstanla yeni quru əlaqəsini açıqladı

Çin Əfqanıstanla yeni quru əlaqəsini açıqlayıb. Anons edilən 3125 km-lik marşrut Qırğızıstan və Özbəkistan ərazilərindən keçən həm dəmir yollarından, həm də avtomobil yollarından istifadəni nəzərdə tutur. Marşrut Çinin Lançjou şəhərindən (Qansu vilayəti) Qırğızıstanla sərhəddə yerləşən Kaşqar şəhərinə (Çin Sincan-Uyğur Muxtar Rayonu) gedən dəmir yolu xəttindən başlayır.

Daha sonra hərəkət Qırğızıstana və Özbəkistanla sərhədə qədər avtomobil nəqliyyatı ilə başlayır, burada əlavə dəmir yolu nəqliyyatı yenidən Əfqanıstanın Hayratan sərhəddinə qədər gedir. “Sinxua Xəbər Agentliyi”nin məlumatına görə, Lançjoudan ilk qatar Əfqanıstana avtomobil hissələri, mebel, maşın və avadanlıqlar daxil olmaqla 1,5 milyon dollar dəyərində yük daşıyıb.

"Biz Çin-Əfqanıstan ekspress marşrutunu normallaşdırmağa ümid edirik və ayda dörd dəfə onu yola salmağ planlaşdırırıq", deyə “New Land-Sea Corridor Operation Co”-nun marketinq meneceri açıqlayıb. Çinin Əfqanıstandakı Taliban rejimi ilə əlaqələrini yoluna qoymağa çalışdığından belə qənaətə gəlmək olar ki, marşrut məna kəsb edir.

“Hazırda Çindən Əfqanıstana bu quru yolun iqtisadi əhəmiyyətii hələ də azdır. Müəyyən strateji əhəmiyyətə malik olsa da, bu nəqliyyat növü hələ ki, böyük miqyasda deyil”, deyə “Lançjou Universiteti”nin Siyasət və Beynəlxalq Münasibətlər Məktəbinin professor Çju Yanbao bildirir.

Çjunun sözlərinə görə, Əfqanıstanda Taliban hərəkatının hakimiyyətə gəlməsi ölkəyə girən bir sıra marşrutların azalmasına səbəb olub və yük daşımalarının böyük hissəsi Pakistandan keçir. Çin də iqtisadiyyatını gücləndirmək üçün Əfqanıstandan şam qozunu gətirməkdən ötrü hava dəhlizi açıb. Bununla belə, Çjunun sözlərinə görə, bu marşrutların əksəriyyətinin tutumu məhduddur.

Ülviyyə, Hurriyyet.az