Çin Hörmüzə tanker göndərilməsini DAYANDIRDI
2026-08-18 16:46:59
Çinin "COSCO" və "CMES" dövlət şirkətləri təhlükəsizlik təhdidləri səbəbindən Hörmüz və Bab əl-Məndəb boğazlarından neft tankerlərinin hərəkətini dayandırıb.
Hurriyyet.media xəbər verir ki, onlar artıq Yaxın Şərqdən nefti Fars körfəzindən kənarda yerləşən daha təhlükəsiz məntəqələrdən - əsasən Əl-Füceyrə və Oman limanlarından yükləyirlər.
Bu qərar mühüm dəniz marşrutlarında gəmiçilik üçün risklərin artması ilə əlaqədardır.