📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çin iddia edir ki, yeni koronavirus dalğasında “Rusiya kökəni” var

2021-07-30 12:05:00

Çin iddia edir ki, yeni koronavirus dalğasında “Rusiya kökəni” var

Çinli rəsmilər bildirirlər ki, Nankin şəhərində müşahidə edilən koronavirus infeksiyasının yeni alovlanma dalğası yerli hava limanında çalışan təmizlik əməkdaşının yoluxması ilə başladı. Bu barədə TASS xəbər verir.

Şəhərdə yayılan virus, ehtimal ki, "əslən" Rusiyadandır: hava limanı təmizlik əməkdaşı yoluxması Moskvadan “Air China” aviakompaniyasının CA910 reysini yerinə yetirən təyyarəsinin dezinfeksiya edilməsindən məlum oldu. Çin rəsmilərinin fikrincə, əməkdaş təmizlikdən sonra fərdi dezinfeksiya qaydalarını pozdu və bu da digər işçilərin yoluxmasına səbəb oldu. Nankində yerli koronavirus epidemiyası iyulun 20-də elan edildi. O zaman şəhərin Lukou Beynəlxalq Hava Limanının işçiləri arasında bir neçə yoluxma halı aşkar edildi. Yerli hakimiyyət orqanları doqquz milyonluq əhali içərisində bir neçə dəfə PCR testləri keçirmişlər. Son məlumatlara görə, Nankində yoluxmuş 185 nəfər var.

«Lenta.ru»

Hazırladı: Ülviyyə Şükürova