Çin ilə ABŞ təmsilçiləri Tailandda görüşəcəklər
2024-01-26 08:50:56
Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ilə ÇXR XİN-in rəhbəri Van İ 26-27 yanvar tarixlərində Tailandda görüşəcəklər. Bu barədə məlumatı Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbut xidmətinin rəhbəri Eydrienn Vatson verib.
Açıqlamada deyilir: "Sallivan ilə Van İ26-27 yanvar tarixlərində Banqkokda (Tailand) görüşəcəklər".
Vatsonun sözlərinə görə, görüşün keçirilməsi ABŞ Prezidenti Cozef Bayden ilə Çin Xalq Respublikasının sədri Si Cinpinin "strateji əlaqələri dəstəkləmək və münasibətləri məsuliyyətlə idarə etmək" öhdəlikləri ilə uzlaşır.
Hürr Tərcüman