📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çin ilə Gürcüstan strateji tərəfdaş oldular

2023-07-31 12:54:00

Çin ilə Gürcüstan strateji tərəfdaş oldular

Hurriyyet.az xəbər verir ki, Çin ilə Gürcüstan strateji tərəfdaş olublar. Bu barədə məlumatı Çinin “Sinhua” agentliyi verib.

Bəyanat Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Çin Xalq Respublikasına səfərinin beşinci günündə verilib. Qaribaşvili Çendu FİSU Beynəlxalq Tələbə Oyunlarının açılış mərasimində iştirak eləmək üçün bu ölkədə səfərdə olub. O, burada ÇXR sədri Si Cinpinlə və ÇXR-in Baş naziri Li Çyanla görüşüb.

Açıqlamada deyilir: “Tərəflər ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər üzrə dərin fikir mübadiləsi aparıblar və genişmiqyaslı konsensusa nail olublar. Tərəflər ikitərəfli münasibətləri strateji əməkdaşlıq səviyyəsinə qaldırmağı qərara alıblar”.  

Hürr Tərcüman