Çin İlon Maskdan BMT-yə şikayət elədi
2021-12-28 17:50:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Çin BMT-yə müraciət edərək “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Maskdan şikayət edib. Pekindən verilən yazılı açıqlamada “Starlink” layihəsi çərçivəsində buraxılan peyklərin Çinin orbital stansiyası üçün təhlükə doğurduğu bildirilir. Şikayət məktubunda yazılıb ki, bu il ərzində iki dəfə - iyul və oktyabr aylarında Çinin orbital stansiyası “Starlink” ilə toqquşmadan yayınmaq üçüm manevr etməyə məcbur olub.
“SpaceX” şirkəti tammiqyaslı şəbəkə yaratmaq üçün 2027-ci ilə qədər 12 min ədəd “Starlink” kosmik aparatından ibarət peyk qrupu yaratmağı planlaşdırır.
Hürr Tərcüman