📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çin indi də İsraillə Fələstini barışdırmaq fikrinə düşüb yaxud Pekin Yaxın Şərqdə Vaqşintonun "bostanına daş atır"

2023-04-18 16:39:00

Çin indi də İsraillə Fələstini barışdırmaq fikrinə düşüb yaxud Pekin Yaxın Şərqdə Vaqşintonun

Çin İsrail-Fələstin münaqişəsinin kəskinləşməsindən son dərəcə narahatdır və iki tərəf arasında sülh danışıqlarının tezliklə bərpa olunmasının tərəfdarıdır. Bu barədə bazar ertəsi Çinin xarici işlər naziri Tsin Qan bildirib.
Çinin xarici işlər naziri israilli və fələstinli həmkarları ilə ayrı-ayrılıqda telefon danışıqlarında bildirib ki, Pekin regionda sülhün təşviqində konstruktiv rol oynamağa hazırdır.
"Tsin Qan bildirib ki, Çin İsraillə Fələstin arasında mövcud gərginlikdən narahatdır və hazırda əsas prioritet vəziyyətə nəzarət etmək və münaqişənin gərginləşməsinin və hətta nəzarətdən çıxmasının qarşısını almaqdır", deyə Çin Xarici İşlər Nazirliyi bəyanat yayıb. Tsin Qan ilə İsrailin xarici işlər naziri Eli Cohen arasında telefon danışığı olub.
Çin İsrail və Fələstini “siyasi cəsarət göstərməyə və sülh danışıqlarını bərpa etmək üçün addımlar atmağa” çağırıb. Pekin Çinin bunun üçün müvafiq şərait yaratmağa hazır olduğunu vurğulayıb.
Eyni zamanda, Koen cavab olaraq Çinə İsrail və Fələstin arasındakı münaqişənin həllində dəstək verməyə hazır olduğuna görə minnətdarlığını bildirib. "İsrail tərəfi vəziyyəti soyutmaqda qərarlıdır, lakin bu problemi qısa müddətdə həll etmək çətin görünür" deyib.
Fələstinin xarici işlər naziri Riyad əl-Maliki çinli həmkarı ilə söhbəti zamanı bildirib ki, o, Çinin Fələstin məsələsində aydın mövqeyini, Çinin Fələstinin milli öz müqəddəratını təyin etməsini dəstəkləməsini yüksək qiymətləndirir və Çinin bütün səylərini alqışlayır.

P.S. Belə görünür ki, Pekin Afrikanın müəyyən nöqtələrinə yayılmaqla kifayətlənmir, üstəlik ABŞ-ın "bazarına da girir". Yaxud yarış əsrdən çoxdur ki, ABŞ-ın kurasiyasında olan İsrail-Fələstin münaqişəsinin tənzimlənməsini də öz arealına keçirməyə çalışır.
Ülviyyə, Hurriyyet.az