📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çin-İran-Rusiya hərbi əməkdaşlığında yeni addım

2023-03-15 12:54:00

Çin-İran-Rusiya hərbi əməkdaşlığında yeni addım

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, martın 15-də Oman körfəzi hövzəsində Çin, Rusiya və İranın “Təhlükəsizlik bağları – 2023” birgə hərbi dəniz təlimləri başlanıb. Bu barədə məlumatı Çinin Müdafiə Nazirliyi verib. Təlimlər 19 mart tarixinə qədər davam edəcək.

Mətbuatda gedən xəbərlərdə üçtərəfli hərbi əməkdaşlığın indiyəqədərki ən yüksək səviyyəsinə çatdığı deylir. Qeyd edək ki, Rusiya da, İran da Qərbin sanksiyaları altında olan dövlətlərdir.

Hürr Tərcüman