📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çin İrana qarşı sanksiyalardan qazanır

2023-08-01 09:15:00

Çin İrana qarşı sanksiyalardan qazanır

Çin İrana qarşı sanksiyalardan qazanır. Belə ki, İran Çinə neft satışında aylıq 300 milyon dollar endirim edir.

"Reuters" xəbər agentliyi bu ilin ilk üç ayı ərzində İranın Çinə neft ixracının gündəlik 930 min barelə bərabər olduğunu açıqlayıb.

Bundan sonra İranın “Eco Iran” saytı İranın Çinə etdiyi endirimin həcminin bir barrel üçün 12-15 dollar, cari satış həcminə görə isə ayda 300 milyon dollar olduğunu bildirib.

Ülviyyə, Hurriyyet.az