📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çin koronavirusa qalib gəldiyini elan etdi

2023-02-18 09:54:00

Çin koronavirusa qalib gəldiyini elan etdi

Çin hökuməti koronavirusa (Covid-19) qarşı mübarizədə "həlledici qələbə" qazandığını elan edib. 

Hurriyyet.az xəbər verir ki, bu barədə Çin lideri Si Cinpinin sədrliyi ilə keçirilən iclasda bildirilib. 

Pekin rəsmiləri Çinin "bəşər sivilizasiyası tarixində möcüzə" yaratdığını iddia edib. 

Çin hökuməti 200 milyondan çox insanın koronavirusa qarşı müalicə etdiyini və Çində koronavirusdan ölüm nisbətinin "dünyada ən aşağı səviyyə" olduğunu qeyd edib. 

Rəsmi Pekinin iddiaları Qərb tərəfindən şübhə ilə qarşılanıb. 

Qeyd edək ki, Çin ötən ilin sonundan koronavirusa yoluxma sayını açıqlamır. 

modern.az